Bakı. Trend:
Aprelin 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlkidövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədənborclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.