AZ

Aİ-92 benzini ilə bağlı yeni rəqəmlər açıqlandı

2025-ci ilin ilk rübündə Azərbaycanda benzin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd oliunub. Bu ilin yanvar-mart aylarında ölkədə cəmi 329.14 min ton benzin istehsal olunub ki, bu da 2024-cü ilin ilk rübündə qeydə alınmış 384.10 min ton göstəricidən təxminən 14% azdır.Eyni dövrdə dizel yanacağının istehsalı da geriləyib. Belə ki, 2025-ci ilin ilk rübündə 552.91 min ton, ötən ilin eyni dövründə isə 599.8 min ton dizel istehsal edilib.İstehsal həcmlərindəki azalma fonunda benzin idxalı əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin ilk iki ayında ölkəyə 40.88 min ton Aİ-92 markalı benzin idxal olunub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.5 dəfə çoxdur (ötən il - 8.77 min ton).Beləliklə, idxalın dəyəri 31.72mln ABŞ dolları, ötən ilin göstəricisi isə 7.01 mln dollar olub.Əsas idxal ölkələri:Rusiya - 37 149,45 ton (28 696,6 min dollar)Rumıniya - 3 670,04 ton (2 978,6 min dollar)Belarus - 58,45 ton (50,03 min dollar)2024-cü ilin ilk iki ayında bir tonluq Aİ-92-nin orta qiyməti keçən il ölkəyə 799.82 dollara gətirildisə, bu ilin eyni dövründə qiymətlər 776.1 dollara (1319.4 manat)qədər ucuzlaşıb. Hazırda bu benzinin qiyməti dövlət tərəfindən tənzimlənir. Bir tonun topdansatış qiyməti 1 289.82 manat, pərakəndə satışı isə 1 441 manatdır. Bir litri isə 1.1 manat təşkil edir.2025-ci ilin yanvar-fevral aylarında 95 oktanlı mühərrik premium benzinlərinin idxalı 20 992 ton təşkil edib. Bu məhsulların dəyəri isə 17.93 mln. ABŞ dolları olub.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 12 375 ton və 11.76 mln. dollar səviyyəsində idi. Beləliklə, həm həcmi, həm də dəyəri baxımından idxalda təxminən 70%-ə yaxın artım qeydə alınıb.

Seçilən
92
14
metbuat.az

10Mənbələr