AZ

Manatla pul kütləsinin həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin(M3 aqreqatı) həcmi 46,7 milyard manat təşkil edib.

Trend-inMərkəzi Bankdan (AMB) əldə etdiyi məlumata görə, bu, aylıqmüqayisədə 56 milyonmanat və ya 0,12%, 2024-cü ilin eyni dövrünənisbətən isə 1,9 milyard manat və ya 4,2% çoxdur.

Bundan başqa, 2025-ci ilin aprelin 1-nə manatla pul kütləsinin(M2 aqreqatı) həcmi 35,6 milyard manat təşkil edib ki, bu da aylıqgöstəriciyə nisbətən 123 milyon manat və ya 0,35%, 2024-cü ilineyni dövrünə nisbətən isə 1,1 milyard manat və ya 3,2% çoxdur.

Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 28,3milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 157 milyon manatvə ya 0,56% çox, 2024-cü ilin eyni dövrünə nisbətən isə 387 milyonmanat və ya 1,35% azdır.

Eyni zamanda, bu ilin martın 1-nə banklardan kənarda olan nağdpul kütləsi (M0 aqreqatı) 16,1 milyard manat təşkil edib ki, bu daaylıq müqayisədə 525 milyon manat və ya 3,38%, ötən ilin eynidövrünə nisbətən isə 640 milyon manat 4,15% çoxdur.

Seçilən
96
1
az.trend.az

10Mənbələr