Bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.
O qeyd edib ki, Prezident hər zaman jurnalistlərin əməyinə yüksək qiymət verib:
Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin fəaliyyətini hər zaman yüksək qiymətləndirib, dövlətimiz hər zaman media nümayəndələrinə diqqət göstərib. Prezident dəfələrlə çıxışlarında "jurnalistlər mənim dostumdur” cümləsini işlədib. Düşünürəm ki, bu Azərbaycan jurnalistlərinə verilən ən böyük qiymətdir".
Hacıbəy Heydərli sərəncamın jurnalistlər üçün yol xəritəsi olacağını da qeyd edib:
Xüsusən, beynəlxalq aləmdə Azərbaycanla bağlı həqiqətlərin yayılmasında jurnalistlərin üzərinə böyük yük düşür. Sərəncamda qeyd edilən qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.
7Mənbələr
-
pravda.azHacıbəy Heydərli: Media subyektləri sosial mediada aktivliyini artırmalıdır ( 16848588)
-
Reportyor.tvHacıbəy Heydərli: Media subyektləri sosial mediada aktivliyini artırmalıdır ( 16848163)
-
manset.az"Media subyektləri sosial mediada aktivliyini artırmalıdır" - Hacıbəy Heydərli ( 16847639)
-
olke.azHacıbəy Heydərli: Media subyektləri sosial mediada aktivliyini artırmalıdır ( 16847520)
-
demokrat.azHacıbəy Heydərli: Media subyektləri sosial mediada aktivliyini artırmalıdır ( 16847285)
-
bizim.mediaHacıbəy Heydərli: “Media subyektləri sosial mediada aktivliyini artırmalıdır” ( 16847163)
-
editor.azHacıbəy Heydərli: Media subyektləri sosial mediada aktivliyini artırmalıdır ( 16847146)