Bakı. Trend:
Aprelin 28-də günorta saatlarında bütün ölkəni əhatə edənelektrik enerjisi kəsintisi bir sıra fəsadlara səbəb olub. Orenseəyalətində eyni ailənin üç üzvü, ehtimal ki, dəm qazındanzəhərlənərək dünyasını dəyişib.
Trend xəbər verirki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Valensiyada yaşayan qadın elektriklə işləyən oksigen aparatınındayanması nəticəsində həyatını itirib. Madriddə isə şamdanqaynaqlanan yanğında daha bir qadının öldüyü bildirilir.
Qeyd olunur ki, elektrik kəsintisi nəticəsində işıqforlarişləməyib, qatarların hərəkəti dayanıb, ictimai nəqliyyat vəxəstəxanaların fəaliyyəti ciddi şəkildə pozulub.