AZ

Xaçmazda “Nə qədər ki, Azərbaycan var, mən də varam” adlı konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda “Heydər Əliyev İli” çərçivəsində keçirilənsilsilə tədbirlərin davamı olaraq Rayon İcra Hakimiyyəti və YeniAzərbaycan Partiyası Xaçmaz rayon təşkilatının birgə təşkilatçılığıilə Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsrolunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” adlıelmi-praktik konfrans keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələridüzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını və çoxşaxəlidövlətçilik fəaliyyətini əks etdirən eksponatlara və Ulu Öndərinanadan olmasının 100-cü ildönümü münasibətilə AzərbaycanRespublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmiş“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlısərgiyə baxış keçirilib.

Rəsmi hissədə Dövlət Himni səsləndirilib. Ümumilli LidrimizHeydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəliksükutla yad edilib.
“Heydər Əliyev və şanlı Zəfər tariximiz” filmi nümayişetdirilib.

Konfransda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısıElnur Rzayev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanındövlətçilik tarixindəki müstəsna yeri və rolundan bəhs edib.Bildirib ki, Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqilAzərbaycan dövlətinin banisidir. Məhz onun uzaqgörənliyi, stratejidüşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kəsiyindəölkəmizin dayanıqlı və davamlı inkişafı üçün zəmin yaradıb.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləson 20 ildə ölkəmizin davamlı inkişaf etdiyi, Ulu Öndərin şah əsəriolan müstəqil Azərbaycanın yeni uğurlar əldə etdiyi xüsusivurğulanıb.

Milli Məclisin deputatları Azər Badamov, Naqif Həmzəyev, YAPVeteranlar Şurasının üzvü Zərifə Quliyeva, YAP Xaçmaz rayontəşkilatının sədri Məhəmməd Balaqadaşov və digər çıxış edənlər dahişəxsiyyətin şərəfli ömür yoluna nəzər yetirib. Qeyd edilib ki, UluÖndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdəböyük inkişaf yolu keçib. Bu gün Heydər Əliyevin banisi olduğumüstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib.Əminliklə vurğulanıb ki, Ümummilli Liderin Azərbaycanın işıqlıgələcəyinə hesablanmış mükəmməl siyasəti bu gün Prezident İlhamƏliyev tərəfindən uğurla davam etdirilir.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən birqrup partiya fəalına fəxri fərman və YAP sıralarına yeni qoşulmuşgənclərə üzvlük vəsiqələri təqdim edilib.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Seçilən
269
50
az.trend.az

10Mənbələr