AZ

Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilir

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, yarımfinalın ilk oyunlarının hər ikisi eyni günə təsadüf edəcək.

İtaliya təmsilçisi “Forentina” İspaniyada “Betis”in qonağı olacaq. Turnirin əsas favoriti sayılan İngiltərənin “Çelsi” komandası isə İsveçdə “Yurqorden”lə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları mayın 8-də keçiriləcək.

Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları
1 may

23:00. “Betis” (İspaniya) – “Fiorentina” (İtaliya)
23:00. “Yurqorden” (İsveç) – “Çelsi” (İngiltərə).

Seçilən
261
21
arena.az

10Mənbələr