AZ

Sumqayıt Kimya Sənaye Parkına əlavə 515 milyon manat investisiyanın yatırılması planlaşdırılır

Bakı. Trend:

Sahibkarlar tərəfindən indiyədək Sumqayıt Kimya Sənaye Parkına5,5 milyard manatdan çox investisiya yatırılıb, 6.200-dən çox insandaimi işlə təmin olunub. Həmçinin mövcud layihələr üzrə növbətimərhələdə Sənaye Parkına əlavə olaraq 515 milyon manatinvestisiyanın yatırılması, 2.700-ə yaxın daimi iş yerininyaradılması nəzərdə tutulur.

Trend xəbərverir ki, bu barədə Sumqayıt Kimya Sənaye Parkına Prezidentin iziilə təşkil olunan mediatur çərçivəsində İqtisadi Zonaların İnkişafıAgentliyi (İZİA) sədrinin müavini Emil Hacıyev jurnalistlərəaçıqlamasında məlumat verib.

O, əvvəlcə 30 apreldə dövlət başçısının iştirakı ilə SumqayıtKimya Sənaye Parkında 2 müəssisənin açılış mərasimininkeçirildiyini xatırladıb: “Belə ki, tikinti kimyəvilərin və “IVECO”markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlıavtomobillərin istehsalı müəssisələri fəaliyyətə başladı.

Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılması iləölkəmizin sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı88-ə, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərənmüəssisələrin sayı 26-ya çatdı”.

Səd müavininin sözlərinə görə, yeni müəssisələrin fəaliyyətəbaşlaması Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkanverəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək,iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalininməşğulluğunun artırılmasına mühüm töhfə verəcək: “Fəaliyyətəbaşlayan bu 2 müəssisənin ümumilikdə investisiya kapitalı 44 milyonmanatdan çoxdur, I mərhələ üzrə artıq bu müəssisələr tərəfindən 200nəfərə yaxın daimi iş yeri yaradılıb, növbəti mərhələdə isə əlavəolaraq 200 nəfərlik də iş yerinin yaradılması nəzərdə tutulur.

İlkin mərhələdə bu müəssisələrdə istehsal edilən məhsullardaxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək, növbətimərhələdən etibarən Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan,Türkmənistan, İran və s. ölkələrə ixrac ediləcək”.

E. Hacıyev qeyd edib ki, bu il Sumqayıt Kimya Sənaye Parkındadaha bir neçə müəssisənin də fəaliyyətə başlaması planlaşdırılır:“Fəaliyyətə başlayacaq müəssisələr alüminium təbəqəli vərəqə güzgü,inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılmasıüzrə karton kağız, mühərrik və sənaye yağlarının təkrar emalı iləbaza yağlarının və s. məhsulların istehsalı ilə məşğulolacaqlar.

Qeyd edim ki, hazırda olduğumuz Sumqayıt Kimya Sənaye ParkıCənubi Qafqazın ə böyük sənaye parkıdır ərazisi 613 hektardançoxdur”.

“Hazırda Sənaye Parkında investisiya portfeli 6 milyard manatdanartıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.Sahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,5 milyardmanatdan çox investisiya yatırılıb, 6.200-dən çox insan daimi işlətəmin olunub. Həmçinin mövcud layihələr üzrə növbəti mərhələdəSənaye Parkına əlavə olaraq 515 milyon manat investisiyanınyatırılması, 2.700-ə yaxın daimi iş yerinin yaradılması nəzərdətutulur”, - deyə sədr müavini əlavə edib.

E. Hacıyevin sözlərinə görə, indiyədək Sumqayıt Kimya SənayeParkının rezidentləri tərəfindən ümumilikdə 13,88 milyard manatlıqsatış həyata keçirilib ki, bunun da 4,88 milyard manatlıq hissəsiixracın payına düşür: “Cari ilin I rübü ərzində Sənaye Parkında 659milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 251 milyonmanatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədəistehsal 14,2%, ixrac isə 17,2% artıb.

Bu ilin I rübü ərzində Sumqayıt Kimya Sənaye Parkının qeyri-neftsənayesi məhsulları istehsalında xüsusi çəkisi 13,5%, ixracında isə26,1% təşkil edib”.

Seçilən
156
22
az.trend.az

10Mənbələr