AZ

Səhhətində problem yarandı, başqası ilə əvəzləndi

Premyer Liqanın XXXIII turunun bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 20:00-da başlayacaq.

Seçilən
47
49
sportinfo.az

10Mənbələr