AZ

Ötən ay tanınmayan diplomların sayı məlum olub

Bakı. Trend:

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) aprel ayı üçüntanınma üzrə statistik məlumatları açıqlayıb.

Agentlikdən Trend-ə bildirilib ki, aprel ayı üzrə 433müraciətçinin 351-i barədə müsbət qərar verilərək müvafiqşəhadətnamələr təqdim edilib, 82 nəfərin müraciəti isə mənfiqərarla yekunlaşıb.

Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 63 fakt üzrətədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisindətələb olunan normativdən az olması, 7 təhsil forması, 3 dövlətnümunəli olmayan diplom, 3 akkreditasiyasız ali təhsil müəssisəsi,2 bakalavr diplomu üzrə imtina verilmə, 2 tədris yükünü mənimsəməküçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən azolması və akkreditasiyasız filial, 2 ekvivalenti olmayan ixtisasıgöstərmək mümkündür.

Ötən ay ölkələr üzrə Türkiyədən 146, Ukraynadan 64, Rusiyadan133, Birləşmiş Krallıqdan 10, Gürcüstandan 30, Macarıstandan 9,İtaliyadan 7, Amerika Birləşmiş Ştatlarından 6, Litvadan 4,Almaniya, Belarus, Çin, Koreyadan hər ölkə üzrə 3, Polşadan 2,Birləşmiş Ərəb Əmirlikləri, İran, İrlandiya, İsveç, Kanada,Rumıniya, Latviya, Misir Ərəb Respublikası, Qazaxıstandan hər ölkəüzrə 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb və səhiyyəixtisasları üzrə 75, biznesin idarə edilməsi üzrə 29, maliyyə üzrə29, iqtisadiyyat üzrə 25 müraciət qeydə alınıb.

Məqalədə:
Seçilən
90
6
az.trend.az

10Mənbələr