AZ

İsrailli nazir Qəzzaya hücumların 12 ay davam edəcəyini deyib  

İsrailin strateji işlər naziri Ron Dermer 7 oktyabr 2023-cü ildən bu yana 52 mindən çox fələstinlinin ölümünə səbəb olan Qəzza zolağına hücumları bundan sonra 12 ay da davam etdirəcəklərini açıqlayıb.

Parol.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Qüdsdə keçirilən konfransda çıxış edən Dermer qələbəyə nail olmalı olduqlarını bildirib.

Qələbənin nə olduğunu deməyən Dermer 12 ay sonra 7 oktyabr müharibəsinin bitəcəyini deyib.

Seçilən
46
3
parol.az

4Mənbələr