Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”ə start verilib.
Publika.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilən yarış üçün 28 minədək iştirakçı qeydiyyatdan keçib.
Artıq 8-ci dəfədir təşkil olunan Bakı Marafonuna tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar, ümumilikdə, 200-dən çox rəsmi və fəxri iştirakçı qatılıb.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələr - Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digərlərindən qoşulanlar var.
Marafondan öncə yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar iştirak ediblər.