AZ

Bu azərbaycanlı Türkiyədən qovuldu – Digərinə cinayət işi açıldı – FOTO

Türkiyənin Qars şəhərindən 4 azərbaycanlı çıxarılıb, birinə cinayət işi açılıb.

KONKRET.az lenat.az-a istinadən bildirir ki, aprel ayında şəhərdə 287 xarici vətəndaşın şəxsiyyət və hüquqi vəziyyət yoxlaması aparılıb. Dindirilmələr nəticəsində 29 qeyri-qanuni mühacir barəsində qanuni tədbir görülüb.

Qeyri-qanuni miqrantlardan 24 Əfqanıstan vətəndaşı Repatriasiya Mərkəzinə göndərilib. 3 Azərbaycan vətəndaşına “ölkəni tərk etmək” göstərişi verilib. 1 İran vətəndaşı əməliyyatlardan sonra sərbəst buraxılıb. 1 Azərbaycan vətəndaşı deportasiya edilib və ölkəsi ilə əlaqə saxlanılıb.

Miqrant qaçaqmalçılığı ilə bağlı məhkəmə prosesləri də diqqəti cəlb edib. 1 Azərbaycan vətəndaşı barəsində “Rəsmi sənədləri saxtalaşdırma” maddəsi ilə cinayət işi başlanıb. 1 Türkiyə vətəndaşı barəsində “Mühacir Qaçaqçılığı” cinayəti ilə bağlı qanuni iş başlanıb.

Digər tərəfdən, miqrant qaçaqmalçılığı cinayətinə görə axtarışda olan Əfqanıstan vətəndaşı tutularaq ədliyyə orqanlarına təhvil verilib.

 

Seçilən
211
10
konkret.az

10Mənbələr