Demokrat.az xəbər verir ki, məktəbin IV sinif şagirdləri tərəfindən hazırlanan PYP (Primary Years Programme) Sərgisi, gələcəyin düşünən, araşdıran və məsuliyyətli liderlərini bir araya gətirib.
Altı həftəlik intensiv hazırlıq mərhələsindən sonra baş tutan sərgidə şagirdlər əvvəlcə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDG) ilə tanış olublar.
Daha sonra hər bir şagird və ya şagird qrupu qlobal əhəmiyyətli bir problemi seçərək onu müvafiq SDG-lərlə əlaqələndirib və tədqiqat aparıb.
Təqdimatlar zamanı şagirdlər iqlim dəyişikliyindən plastik tullantılara, heyvanların hüquqlarının qorunmasından ətraf mühitin qorunmasına qədər müxtəlif mövzularda araşdırmalarını nümayiş etdiriblər. Təqdimatlar təkcə məlumat ötürmək məqsədi daşımayıb — şagirdlər problemin mahiyyətini izah etməklə yanaşı, konkret həll yolları da təklif ediblər.

Sərginin sonunda məktəb icması uşaqların hazırladığı rəqs və musiqi performansı ilə qarşılanıb, bu da tədbirə həm coşqu, həm də yaradıcılıq qatıb.
Dünya Məktəbində keçirilən bu PYP sərgisi, ibtidai sinif şagirdlərinin necə ciddi və qlobal düşünə bildiklərini nümayiş etdirməklə yanaşı, təhsilin praktikaya yönəlməsinin önəmini də bir daha göstərib.










10Mənbələr
-
news365.azRixard Zorge haqqında bilmədiyimiz MARAQLI FAKTLAR- FOTO ( 17055476)
-
sherg.azOlaf Şoltsun Kansler kimi fəaliyyəti başa çatıb ( 17013146)
-
icma.azOlaf Şoltsun Kansler kimi fəaliyyəti başa çatıb ( 17012318)
-
azertag.azOlaf Şoltsun Kansler kimi fəaliyyəti başa çatıb ( 17012303)
-
demokrat.azDünya Məktəbinin şagirdlərindən ətraf mühitin qorunması ilə bağlı UNİKAL SƏRGİ — FOTOLAR/VİDEO ( 16999322)
-
gundem.azDünya Məktəbinin şagirdlərindən ətraf mühitin qorunması ilə bağlı UNİKAL SƏRGİ – FOTO/VİDEO ( 16997684)
-
sfera.azDünya Məktəbinin şagirdlərindən ətraf mühitin qorunması ilə bağlı UNİKAL SƏRGİ – FOTO/VİDEO ( 16996463)
-
bizim.mediaDünya Məktəbinin şagirdlərindən ətraf mühitin qorunması ilə bağlı UNİKAL SƏRGİ – FOTO/VİDEO ( 16988024)
-
hurriyyet.azBu məktəbdə xəsarətlə nəticələnən münaqişə valideyndən GİZLƏDİLDİ - FOTO ( 16982126)
-
senzor.azAlmaniyada AfD partiyası "sağ ekstremist" kimi tanındı –ŞOLTSDAN REAKSİYA ( 16933226)