
Qəbələ, Salyan, Quba, Xaçmaz, Siyəzən və İmişli rayonlarında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Yeniavaz.com qurumun Mətbuat xidmətinə istinadla xəbər verir ki, araşdırmalar zamanı Qəbələ şəhəri ərazisində “Qəbələ Konserv Zavodu” MMC-nin vəzifəli şəxsi tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulması, “S.A.T.İnvest” MMC-nin fəaliyyəti zamanı tullantıların qalaqlanması və yandırılması nəticəsində ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, həmçinin “Az-İnşaat” MMC tərəfindən Quba rayonu ərazisində, vəzifəli şəxs “SND Group” MMC-nin direktoru Qasımov Elvin Səxavət oğlu tərəfindən İmişli rayonu Çahar kəndi ərazisində qanunsuz olaraq qum-çınqıl qarışığının götürülərək yerin təkindən qanunsuz istifadə edilməsi, Siyəzən rayonunda “MMZ” MMC-nin, Xaçmaz rayonunda “Elfaro” MMC-nin fəaliyyəti zamanı ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilib.