Demokrat.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir neçə dəfə müxtəlif yerlərdə görüşüblər:
“Son şərhimizi sentyabrın 11-də göndərmişik. Beləliklə, bu sülh sazişinin nə olduğu haqqında daha ətraflı məlumat vermək üçün deyim ki, bu, 20-dən az maddədən ibarət maksimum altı-yeddi səhifəlik bir sənəddir. Beləliklə, belə kiçik bir sənədə Ermənistana bizə cavab vermək üçün 70 gün vaxt lazım olub və onlar yalnız Azərbaycanın xarici işlər naziri bunu açıqlayandan sonra (“İki aydır gözləyirik, niyə cavab vermirsiniz?” deyəndən sonra) cavab verdilər.
Deməli, bu onu göstərir ki, bu prosesi gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Niyə gecikdirdilər? Bunu bilmirəm. Bu, onların öz qərarı idi, yoxsa bəzi Avropa paytaxtlarında yeni dostları tərəfindən məsləhət görülüb? Bunu bilmirəm, yalnız ehtimal edə bilərəm. Amma fakt budur ki, sentyabrın 11-də göndərdiyimiz şərhlərə cavabı noyabrın 21-də aldıq. İndi Xarici İşlər Nazirliyimiz həmin şərhləri nəzərdən keçirir və biz onu geri göndərəcəyik. Düşünürəm ki, bundan sonra xarici işlər nazirlərinin görüşü məqsədəuyğun olacaq. Çünki indi görürük ki, biz hələ də konsensusa yaxın deyilik, amma Ermənistanın əvvəldən təkid etdiyi bir çox mühüm məsələlər artıq mövcud deyil. Onlar, ümumiyyətlə, mövcud deyil və şərhlərində də yoxdur. Təfərrüatlara çox varmaq istəmirəm, çünki bunun məxfi sənəd olduğunu başa düşürsünüz”.
İlham Əliyev əlavə edib ki, Azərbaycan təşəbbüskar ölkə olaraq öz iradəsini nümayiş etdirib:
10Mənbələr
-
musavat.comLivan türkmənindən SENSASİON AÇIQLAMALAR: “Ermənilər Zəfər abidəsinə etiraz etdilər, amma...” ( 1771784)
-
sesqazeti.azAzadlıq Meydanına Zəfər yaraşır ( 1718720)
-
musavat.com“Xidmət 25 ilə çatanda hərbçilərin pensiyası...” -Komitə sədrindən ÖNƏMLİ AÇIQLAMALAR ( 1713011)
-
ikisahil.azAzadlıq Meydanına Zəfər yaraşır ( 1709198)
-
demokrat.az“Sülh sazişi 20-dən az maddədən ibarət sənəddir” ( 1704080)
-
demokrat.az“Böyük qardaşın nə qədər güclü olsa da, burada yaşayan yenə də sən olacaqsan” ( 1704002)
-
azertag.azAzadlıq meydanına Zəfər yaraşır ( 1701494)
-
report.azDövlət başçısı: “Böyük qardaşın nə qədər güclü olsa da, burada yaşayan yenə də sən olacaqsan” ( 1701350)
-
azertag.azDövlət başçısı ölkəmizin gələcəyinə dair strateji baxışlarını bütün dünyaya bəyan etdi ( 1697039)
-
sia.azİlham Əliyevin ADA-da keçirilən forumdakı çıxışı Gürcüstan mətbuatında ( 1695143)