AZ

Rubio: ABŞ münaqişəni həll etmək üçün Hindistan və Pakistanla əlaqə saxlayacaq

ABŞ administrasiyası münaqişənin həlli üçün Hindistan və Pakistan rəhbərliyi ilə əlaqə saxlayacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

O, Hindistan və Pakistan arasındakı vəziyyəti diqqətlə izlədiyini vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, ABŞ problemin sülh yolu ilə nizamlanması üçün Hindistan və Pakistan rəhbərliyi ilə qarşılıqlı əlaqəni davam etdirəcək.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistan arasındakı münaqişənin tezliklə bitəcəyinə ümid etdiyini bildirib.

Seçilən
41
2
report.az

4Mənbələr