Tanınmış həkim Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, elektron sənədlərin tətbiqi səhiyyə xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərəcək:
“Bu sahədə bürokratik maneələrin azalmasına kömək edəcək. Lakin nəzərə almaq lazımdır ki, elektron sənəd sisteminin effektiv fəaliyyəti üçün ölkə üzrə səhiyyənin vahid informasiya infrastrukturunun formalaşması vacibdir.
Rayonlararası və müxtəlif səhiyyə strukturları arasında əlaqələndirilmiş və inteqrasiya olunmuş sistem olmadıqca, elektron sənəd sistemindən tam səmərə gözləmək çətindir.
Digər tərəfdən, elektron sənəd sisteminin tətbiqi xəstələrin keçmiş müalicə tarixçəsinə, aparılmış tibbi prosedurlara və əməliyyatlara dair məlumatlara daha sürətli və rahat çıxış imkanı yaradacaq. Bu, həm də xəstəliklərin qeydiyyatında və ölkə üzrə səhiyyə statistikalarının dəqiq aparılmasında mühüm rol oynayacaq. Beləliklə, vahid statistik məlumat bazasının formalaşması və analitik imkanların genişlənməsi təmin edilə bilər”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
medicalmedia.azSəhiyyə Nazirliyi dövlət qulluqçusunun “Rəqəmsal iş yeri – İntranet” və “Səhiyyə sisteminin, vətəndaşların sağlamlıq vəziyyətinin təhlili və monitorinqi” adlı yeni elektron sistemləri istifadəyə verib ( 17890455)
-
baki-xeber.comUniversitet müəllimləri də MİQ imtahanlarından keçməli olacaq? - Dedi-qodular doğrulsa... ( 17868795)
-
fins.azUEC təyyarə mühərriklərinin satışdan sonrakı dəstəyi üçün korporativ İT sistemini tətbiq edir ( 17863668)
-
fins.azQatar Energy neft şirkətlərinin bir barel üçün 60 dollardan aşağı qiymətlərlə investisiyalarının azaldılması ilə bağlı xəbərdarlıq edir ( 17468093)
-
demokrat.azAdil Qeybulla: “Elektron sənəd sisteminin tətbiqi səhiyyənin keyfiyyətinə müsbət təsir göstərəcək” ( 17071019)
-
medicalmedia.azElektron reseptin üstünlüyü nələrdir? ( 17058371)
-
medicalmedia.azBakıda “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib ( 17024753)
-
far.azİşarət dili yalnız dörd televiziya kanalına tətbiq ediləcək ( 17023982)
-
qaziler.azİşarət dili yalnız 4 televiziya kanalına tətbiq ediləcək ( 17021150)
-
Ajans.azİşarət dili yalnız dörd televiziya kanalına tətbiq ediləcək ( 17020226)