BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-noyabr aylarında 45,5 min şəxsə əlillik təyin edilib.Bu barədə Nazirlikdən məlumat verilib.Bildirilib ki, “onlardan 22,6 mininə ilkin, 22,9 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub”.
Qeyd edilib ki, 2023-cü ilin 11 ayı ərzində agentliyin reabilitasiya müəssisələrində 78,9 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta