AZ

Bugün bu qəsəbələrdə qaz olmayacaq

BAKI, 13 may. TELEQRAF

Bugün Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsində qaz kəsiləcək.

Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır. Bu məqsədlə 13.05.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
270
50
teleqraf.com

10Mənbələr