AZ

“İsuzu” motosikletlə toqquşdu: ölən var

Salyanda minik avtomobili motosikletlə toqquşub.

Axar.az xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan 1995-ci il təvəllüdlü Namiq Vəli oğlu Rzayev idarə etdiyi “İsuzu” markalı minik avtomobili ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxaraq motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü, Şirvan şəhər sakini, 1975-ci il təvəllüdlü Hüseynov Azər Əşrəf oğlunu ehtiyatsızlıqdan vuraraq onun ölümünə səbəb olub.

Faktla bağlı cinayət işi başlanaraq istintaqı aparılır.

Seçilən
152
50
axar.az

10Mənbələr