AZ

İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb

Azərbaycan Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb.

Dövlət başçısı bu fikri mayın 13-də Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edərkən səsləndirib.

İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb.

PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və ölkəsini də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi.

Seçilən
0
27
aznews.az

9Mənbələr