Bakı. Trend:
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 5-cimassiv, 21 nömrəli yaşayış binasının yaxınlığında özbaşına obyektinquraşdırılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılmışməlumatlara aydınlıq gətirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə bildirilib ki,Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyəbaxış keçirilib.
Monitorinq nəticəsində müəyyən edilib ki, qeyd olunan ünvandaobyektin yerləşdirilməsi heç bir icazəverici sənəd olmadan həyatakeçirilib.
"Aşkarlanmış qanun pozuntusu ilə əlaqədar olaraq Bakı şəhərMemarlıq və Şəhərsalma Baş İdarəsi və aidiyyəti qurumlar tərəfindənhəmin ərazidə quraşdırılmış köşkün sökülməsi və ərazidənçıxarılması təmin edilib. Çevik reaksiya və fəal vətəndaş mövqeyinümayiş etdirdiklərinə görə sakinlərə təşəkkürümüzü bildiririk", -məlumatda qeyd edilib.