Prezident İlham Əliyevin sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib.
Herbiand.az xəbər verir ki, Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.
2018-ci ildə Qazax Hərbi Prokuroru vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin olunana Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi olub. Ədliyyə polkovnikidir.
O, 2021-ci ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Bəhruz Əhmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun kürəkənidir.