Bakı, 14 may, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarovun mayın 16-da Daşkəsəndə keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
AZƏRTAC nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşün keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.