AZ

Deputat başına çarşaf keçirib baş naziri qorxutmaq istədi - VİDEO

İtaliya parlamentində qeyri-adi hadisə baş verib.

Paralel.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Solçu +Avropa partiyasının katibi Rikkardo Macci Baş nazir Giorgio Melonini qorxutmağa çalışıb.

Belə ki, Macci başına çarşaf keçirərək parlamentə gəlib. O, vətəndaşlıq və əmək qanunvericiliyi ilə əlaqədar 5 məsələ ilə bağlı iyunun 8-9-da keçiriləcək referenduma görə baş nazirin ünvanına qınaqlar səsləndirərək onun dayandığı kürsüyə doğru irəliləyib.

Nəticədə Macci parlamentdən xaric edilib. Onu otaqdan çıxararkən Meloni təbəssümlə prosesləri izləyib və telefonunda lentə alıb.

Seçilən
245
50
paralel.az

10Mənbələr