AZ

İstilik təchizatı sektorunda dövlət tənzimlənməsini həyata keçirən qurum bu vəzifələri

Bakı. Trend:

İstilik təchizatı sektorunda dövlət tənzimlənməsini, nəzarətinihəyata keçirən və statusu qanunla müəyyən edilən qurum tənzimləyicihesab ediləcək.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan "İstilik təchizatı haqqında" qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, istilik təchizatı sektorunda tənzimləyiciaşağıdakıları həyata keçirəcək:

  • tənzimlənən qiymətləri (tarifləri) müəyyən edəcək (Bu maddə2028-ci il iyulun 1-dən qüvvəyə minəcək);
  • istilik təchizatı subyektləri və istehlakçılar tərəfindənistilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların vənormativ xarakterli aktların tələblərinə riayət edilməsinə nəzarətedəcək;
  • istilik təchizatı subyektləri üçün ödənilməsi məcburi olantənzimləmə haqqının məbləğini hesablayacaq və həmin subyektlərəbildirəcək;
  • istilik təchizatı subyektləri arasında yaranan mübahisələrəbaxacaq;
  • istehlakçıların şikayətlərinə baxacaq;
  • şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçünnormativ göstəricilərini müəyyənləşdirəcək;
  • istilik enerjisinin keyfiyyətinə dair texniki tələblərə (fərdiistilik sistemləri istisna olmaqla) riayət olunmasına nəzarətedəcək;
  • istilik qurğularının, o cümlədən şəbəkənin payız-qış mövsümünəhazırlığının təmin edilməsinə nəzarət edəcək;
  • istilik təchizatı sektorunda təbii inhisar subyektlərinin həril üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında vəonların icrasına nəzarətin həyata keçirilməsində iştirakedəcək;
  • istilik təchizatı sektorunda istilik təchizatı sektorununmonitorinqini (o cümlədən, kameral monitorinqini) həyata keçirəcək(Bu maddə 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək).

Tənzimləyici tərəfindən istilik təchizatı sektorunu tənzimləyənAzərbaycan Respublikasının qanunları ilə və onlara uyğun qəbulolunmuş digər normativ hüquqi aktlarla müəyyən edilmiş sahibkarlıqfəaliyyətinə dair məcburi tələblərə riayət edilməsininqiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyətgöstərdiyi yerlərə gəlməklə yoxlamalar "Sahibkarlıq sahəsindəaparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarınınmüdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinəzərə alınmaqla həyata keçiriləcək.

İstilik təchizatı sektorunda dövlət nəzarəti həyata keçirilərkənistilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların vənormativ xarakterli aktların tələblərinin pozulması aşkar edildikdəonların aradan qaldırılması ilə bağlı tənzimləyici tərəfindənyazılı göstərişlər veriləcək. Belə göstərişlərin icrası barəsindəgöstəriş verilmiş istilik təchizatı subyektləri və istehlakçılarüçün məcburi olacaq.

İstilik təchizatı sektorunda tənzimləyici aşağıdakı qaydalarıtəsdiq edəcək və rəsmi internet saytında dərc edəcək (Bu maddə2028-ci il iyulun 1-dən qüvvəyə minəcək):

  • monitorinq qaydalarını;
  • kommersiya uçotu qaydalarını;
  • şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçünnormativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarını;
  • istilik təchizatı sektorunda tənzimlənən qiymətlərin(tariflərin) müəyyən olunması qaydalarını.

Tənzimləyici istilik təchizatı subyektlərinin uçotunu aparacaq.Uçotun aparılması qaydasını tənzimləyici müəyyən edəcək (Bu maddə2028-ci il iyulun 1-dən qüvvəyə minəcək).

2028-ci il iyulun 1-dək tənzimləyicinin bu Qanunda nəzərdətutulan səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
92
8
az.trend.az

3Mənbələr