AZ

Ölümündən sonra həmin mesaj gəldi...

Gəncədə döyülərək öldürüldüyü iddia edilən 11-ci sinif şagirdi Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi açıqlanıb.

Hakimiyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Məlumata görə, mərhum Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb.

“İbrahimov Elgün Zaur: 04.05.2025 tarixində Azərbaycan dili (dövlət dili) fənnindən keçirilmiş imtahanda 100 baldan 85.0 bal toplamısınız”, - mesajda yazılıb.

Eyni zamanda, Elgün martın 9-da keçirilən DİM-in 11-ci siniflər üçün buraxılış imtahanında 204 bal (300 baldan) toplayıb.

Seçilən
0
15
hakimiyyet.az

10Mənbələr