AZ

Tərtər işi: bir qrup şəxs Ali Məhkəməyə müraciət etdi

“Tərtər işi” ilə bağlı ittiham olunan Cümşüd Qurbanov, Cavid Ağadadaşov, Fuad Axundov, Ramil Əhmədov, Fuad Ağayev barələrində olan hökmdən kassasiya şikayəti verib.

Publika.az xəbər verir ki, iş Ali Məhkəmənin hakimi İlqar Cəfərovun icraatına verilib.

Məhkəmənin ilk iclasının vaxt məlum deyil.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ramil Əhmədov 9 il 6 ay, Fuad Ağayev 13 il, Fuad Axundov 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Cavid Ağadadaşov və Qurban Cümşüdov çəkdikləri cəza hesablanmaqla üzərlərində qəti olaraq 4 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Seçilən
137
15
publika.az

10Mənbələr