AZ

Ölkədə qeydiyyata alınan İİV-ə yoluxmuş şəxslərin sayı sayı açıqlanıb

Son statistikaya əsasən, ölkədə rəsmi qeydiyyatda olan İİV-lə yaşayan şəxslərin sayı 10 min 324 nəfərdir.

Xezerxeber.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.

Direktor müavini qeyd edib ki, onların 70 faizi kişi, 30 faizi isə qadındır: “Mərkəz tərəfindən aparılan araşdırmalara görə, cənub bölgəsində – Lənkəran, Astara, Lerik və Şirvan-Hacıqabul zonasında yoluxma hallarının nisbətən daha çox olduğu müşahidə edilib. Bu dəyişkən göstəricilər mütəmadi olaraq nəzarətdə saxlanılır və regionlarda profilaktik tədbirlər gücləndirilir”.

Seçilən
0
10
xezerxeber.az

6Mənbələr