AZ

Magistratura səviyyəsində 129 ixtisas üzrə 925 ixtisaslaşma təklif edilib

Bakı. Trend:

Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarınınhazırlanması məqsədilə yaradılmış Komissiyanın növbəti iclasıkeçirilib.

Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, Elm və təhsil nazirinin müavini, Komissiyanınsədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda Komissiyaüzvləri və Nazirliyin rəsmiləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müaviniİdris İsayev iclasın gündəliyində duran məsələləri iştirakçılarındiqqətinə çatdırıb. Nazir müavini Komissiyanın tərkibində müvafiqixtisaslar üzrə yeni təhsil proqramlarının hazırlanması ilə bağlıyaradılmış İşçi qruplarının üzvlərinə prosesdə aktiv iştiraketdiklərinə görə təşəkkürünü bildirib.

İclasda komissiya üzvləri ilə birgə magistratura səviyyəsindətəhsilin məzmununun təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsiaparılıb. Çıxış edənlər ölkənin sosial-iqtisadi inkişaf tələblərinəuyğun olaraq magistratura səviyyəsində mütəxəssis hazırlığınınkeyfiyyətinin artırılmasının vacibliyini vurğulayıblar.

Daha sonra təqdimatla çıxış edən komissiyanın üzvü, nazirliyinElm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman alitəhsil pilləsinin magistratura səviyyəsi üzrə ixtisaslaşmalarınyeni siyahısı və magistratura səviyyəsi üzrə təhsil proqramlarınınçərçivə sənədinin yekun versiyası haqda iştirakçılara məlumatverib. Şöbə müdiri əlavə edib ki, İşçi qrupları tərəfindənmagistratura səviyyəsində 10 ixtisas qrupunun ümumilikdə 129ixtisası üzrə 925 ixtisaslaşma təklif edilib.

Görüş iştirakçılarının müzakirələrinə əsasən səsvermənəticəsində sənədlərə razılıq verilib.

İclas müzakirə formatında davam etdirilib.

Qeyd edək ki, sözügedən Komissiyanın tərkibində Təhsilixtisasları qrupu, Humanitar və sosial ixtisaslar qrupu, Mədəniyyətixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu,Təbiət ixtisasları qrupu, Texniki və texnoloji və Xüsusi təyinatlıixtisas qrupları, Kənd təsərrüfatı ixtisasları qrupu, İdman vəxidmət ixtisasları qrupu, Əsas (baza ali) tibb təhsili səviyyəsi vəSəhiyyə ixtisasları qrupu olmaqla 9 İşçi qrupu yaradılıb. İşçiqruplarına sədrlik ali təhsil müəssisələrinin rəhbərləri və əməkbazarından nümayəndələr olmaqla yeni həmsədrlik mexanizmi əsasındahəyata keçirilir. İşçi qruplarının həmsədrləri eyni zamandaNazirlikdə yeni təhsil proqramlarının hazırlanması məqsədi iləyaradılmış Komissiyanın üzvləridir.

Seçilən
0
19
az.trend.az

9Mənbələr