AZ

Bakıda AQEM-in Biznes Şurasının iclası keçirilir VİDEO

Bakı, 20 may, AZƏRTAC

Bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, iclasda 30-a yaxın Asiya dövlətinin təmsilçisi, iri dövlət və özəl şirkətlərin nümayəndələri iştirak edirlər.

İclası AQEM-in baş katibi Kayrat Sarıbay açaraq qurumun fəaliyyəti və perspektiv planları barədə məlumat verib.

İclasda AQEM-ə daxil olan dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələri, biznes planlar, birgə iqtisadi layihələrin həyata keçirilməsi, o cümlədən nəqliyyat və tranzit sahəsində faydalı əməkdaşlıq məsələləri müzakirə edilir.

Seçilən
161
37
azertag.az

10Mənbələr