AZ

Media nümayəndələri Ağdamda humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış olub (FOTO)

Ağdam. Trend:

Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurdagenişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davametdirilir.

Mina təhlükəsi ilə mübarizə istiqamatində icra edilənfəaliyyətin gedişatı və ictimaiyyətin bu sahədəməlumatlandırılmasının artırılması məqsədilə işğaldan azad edilmişərazilərə mütəmadi olaraq mediaturlar təşkil edilir.

Trend xəbərverir ki, növbəti mediatur Fövqəladə Hallar Nazirliyi və AzərbaycanRespublikasının Minatəmizləmə Agentliyi tərəfindən Ağdam rayonunatəşkil edilib.

Məlum olduğu kimi, Vətən müharibəsi bitdikdən sonra ərazilərinminalardan və partlamamış hərbi sursatlardan, o cümlədənmüharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarınamüvafiq qurumlarla yanaşı bu sahədə müvafiq təlimlər keçmişFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətininxüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub. Əməliyyatlar təyinolunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli suhövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqətvə qayğısı sayəsində minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsiheyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən xüsusitəyinatlı mexaniki minatəmizləmə maşınları ilə təchiz olunub.Əməkdaşlar bu sahədə beynəlxalq kurslarda iştirak edərəkakkreditasiyadan keçiblər.

Mediatur çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindənAğdam rayonunun Mollalar, Kürdlər və Əlimədətli kəndləri və ANAMAtərəfindən rayonun Sarıcalı kəndi ərazisində icra edilənminatəmizləmə əməliyyatları ilə tanışlıq olub. Təmizləməəməliyyatları əllə minatəmizləmə, minaaxtaran itlər və xüsusitəyinatlı mexaniki minatəmizləmə maşınları vasitəsilə həyatakeçirilir.

Qeyd edək ki, Ağdam rayonunda aparılan minatəmizləməəməliyyatları nəticəsində 37 154 hektar ərazi təmizlənib, 31 500ədəd mina və partlamamış hərbi sursat aşkar edilərəkzərərsizləşdirilib.

Ağdam rayonunda Bərdə-Ağdam dəmiryolu, Bərdə-Ağdam avtomobilyolu, Füzuli-Ağdam avtomobil yolu, Ağdam-Hindarx-Ağcabədi avtomobilyolu, Ağdam sənaye parkı ərazisi, əkin sahələri, meyvə bağları,qeyri-filiz mineral-xammal yatağı əraziləri, su kanalları, qazkəməri xətləri və digər infrastruktur layihələrinin mina vəmüharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi fəaliyyətiicra edilib.

Media
Media
Media
Media
Media
Media
Media
Media
Media
Media
Media
Məqalədə:
Seçilən
150
48
az.trend.az

10Mənbələr