NBA əfsanəsi Şakil O’Nil “Blue Origin”in tamamilə qadınlardan ibarət heyətinin kosmosa son uçuşunu şərh edib.
Referans xəbər verir ki, Şakil buna inanmadığını, prosesin yerdə səhnələşdirildiyini iddia edib.
Dödqat NBA çempionu komediyaçı Devid Spade ilə söhbət zamanı uçuşun həqiqətən baş verdiyinə şübhə ilə yanaşdığını bildirib. Onun fikrincə, Bezos heç vaxt nişanlısı Lauren Sançesi kosmosa göndərmək riskinə getməzdi.
Uçuşda Sançesə müğənni Keti Perri, teleaparıcı Qeyl Kinq, NASA alimi Aişa Boe, film prodüseri Kerrianne Flynn və insan haqları müdafiəçisi Amanda Nquyen də qatılıb.
O’Nil “Blue Origin” tərəfindən yayımlanan videodakı uyğunsuzluqlara da diqqət çəkib. Onun sözlərinə görə, videoda “qəribəliklər” olub.
“Mən Ceffin Lauranı sevdiyini bilirəm. Ona bir şey olmasını istəməzdi. Ona görə də düşünürəm ki, yaşıl ekran var. İkincisi, kosmosda dəbdəbəli saç düzümləri vardı. Keti Perrinin saçları tərpənmədi. Lauranın saçları tərpənmirdi. Heç kimin tükü tərpənmirdi.
Sonra onların yerə endiyini gördüm. Ceffin xüsusi açarı var idi, lakin lyuk artıq açıq idi. Ona görə də düşünürəm ki, hamısı “Universal Studios”da yaşıl ekranda çəkilib”, – Şakil bildirib.
Qeyd edək ki, qadın ekipajın kosmosa uçuşu aprelin 14-də baş tutub və 10 dəqiqə 21 saniyə davam edib.
