“Arsenal” "Real Madrid"in gənc ulduzu Rodriqonu transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, İngiltərə nəhəngi futbolçunun transferi üçün böyük büdcə ayırıb. “Sky”də dərc edilən xəbərə görə, "Arsenal" Rodriqonun transferi ilə bağlı həm "Real Madrid" rəhbərliyi, həm də futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. İddialara görə, “Real” Niko Uilyamsı transfer etmək istəyir. Rodriqo bu transferin reallaşacağı təqdirdə “Real”dan getməyə razılıq verib. Qeyd edək ki, bu mövsüm "Real Madrid"in heyətində 50 matçda iştirak edən Rodriqo 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçunun Madrid komandası ilə 2028-ci ilə qədər müqaviləsi var.