AZ

Samir Vəliyev seçicilərlə görüş keçirdi - FOTO

BAKI, 22 may. TELEQRAF

Milli Məclisin deputatı Samir Vəliyev Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib.

Teleqraf xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Qeyd edək ki, deputatın növbəti vətəndaş qəbulu 04 iyun tarixində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının inzibati binasında keçiriləcəkdir.

Seçilən
142
13
teleqraf.com

10Mənbələr