
Bakı, 8 dekabr, AZƏRTAC
Şahdağ Milli Parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, biomüxtəlifliyin, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli Sərəncamına uyğun olaraq yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, zəngin təbii landşafta, unikal ekosistemə malik olan Şahdağ Milli Parkında bu gün açıq qapı günü keçirilir.
Nazirlik hər kəsi yüksək zirvələri, füsunkar gölləri və şəlalələri ilə göz oxşayan milli parkı ziyarət etməyə dəvət edir.