"Google" təxminən 2 milyard Gmail istifadəçisini xəbərdar edib.
Milli.Az xəbər verir ki, şirkət "[email protected]" ünvanından göndərilən saxta e-poçtların təhlükə yaratdığını bildirib və istifadəçilərə bu mesajları açmadan dərhal silməyi tövsiyə edib.
Yeni fırıldaq üsulu - "Cavabsız" e-poçt hücumu - istifadəçilərə guya "Google" təhlükəsizlik bölməsindən göndərilən rəsmi mesaj təəssüratı yaradır. Bu e-poçtlarda bildirilir ki, istifadəçi hüquqi proses səbəbilə hesabındakı bütün məlumatları paylaşmalıdır və bu məqsədlə saxta "Google" dəstək səhifəsinə keçid verilir.