AZ

Qarabağdan köçən 8315 erməniyə vətəndaşlıq verilib

Yazını böyüt
Yazını kiçilt

Qarabağdan köçən 9451 nəfər Ermənistan Respublikasının vətəndaşlığı üçün müraciət edib.

Hafta.az xəbər verir ki, Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, onlardan 8315-i artıq Ermənistan Respublikası Prezidentinin fərmanı ilə vətəndaşlıq alıb. Bildirib ki, vətəndaşlıq böyüklər üçün verilir və yetkinlik yaşına çatmayanlar vətəndaşlığı avtomatik olaraq - Ermənistan vətəndaşı olmuş valideynlərindən biri vasitəsilə ala bilərlər.

Kazaryan həmçinin qeyd edib ki, son həftələr ərizələrin verilməsində aktivlik artıb:

“İlin əvvəlində gündə 20-yə yaxın müraciət daxil olurdusa, son vaxtlar bu rəqəm gündə 40-50-yə yüksəlir”.

Seçilən
198
49
hafta.az

10Mənbələr