AZ

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

Bakı. Trend:

“Microsoft” şirkəti əsas təyinatı şəxsi məlumatların oğurlanmasıolan "Lumma" ("LummaC2") virusunun yayılması ilə bağlı xəbərdarlıqedib. Şirkətin daxili təhlillərinə əsasən, martın 16-dan mayın16-dək dünya üzrə 394 mindən çox "Windows" əməliyyat sistemlikompüter bu virusa yoluxub.

Bu barədə Trendkorporasiyaya istinadən xəbər verir.

“LummaC2” MaaS modeli əsasında fəaliyyət göstərir və“Storm-2477” kibercinayət qrupunun “beyin məhsuludur”. Onun əsastəyinatı brauzerdən, kriptovalyuta pul qablarından və digərtətbiqlərdən məlumatları oğurlamaqdır.

“Microsoft” qeyd edir ki, zərərli proqram bir neçə kanalvasitəsilə, o cümlədən, fişinq tipli məktublar, zərərli reklam,gizli yükləmələr , troyanlar və saxta CAPTCHA avtorizasiya yolu iləkompüteri yoluxdurur.

Məqalədə:
Seçilən
29
7
az.trend.az

10Mənbələr