“Qarabağ” Misli Premyer Liqasının 2024/25 mövsümündə 28-ci qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri sonuncu – XXXVI turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.
Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. Bununla da “Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb. 12 qat ölkə çempionu iki il əvvəl – 2022/23 mövsümündə də 28 qələbə əldə edib.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. “Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.
Vasili Berezutski: “Bilmək olmaz Premyer Liqanın intensivliyinə dözər, ya yox”
Samir Abasov: “Bizə yaraşmayan mövsüm oldu”
Ayxan Abbasov: “Əsas məqsədimiz Premyer Liqada qalmaq idi”
“Neftçi” “Sabah”a məğlub oldu - YENİLƏNİB
Qurban Qurbanov: “Yerli futbolçu əcnəbidən geri qalırsa…”