AZ

Nizami rayonunda ağacların kəsilməsi təsdiqini tapdı

Bu gün səhər saatlarında Azadmedia.az-da Nizami rayonunda 30-a yaxın zeytun ağacının kəsilməsi ilə bağlı xəbər dərc edildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti operativ hadisə yerində olub. Xidmətin məlumatını təqdim edirik:Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.Xidmət rəsmisi Qafar Ağayev Azadmedia.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə müxtəlif cinsli ağacların kəsilməsi faktı təsdiqini tapıb.“Ağacların kim tərəfindən kəsildiyinin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlər görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.Elnurə Abuşova

Seçilən
243
14
azadmedia.az

10Mənbələr