AZ

Yanvar-noyabr aylarında 371 minə yaxın şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Yanvar-noyabr

Bakı, 8 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-noyabr aylarında 371 minə yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 109 min nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.

Həmin dövrdə 15,8 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra kiçik bizneslərini yaratmaq üçün onların aktivlərlə təminatı həyata keçirilib.

Bu ilin 11 ayında 9,3 min işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib.

Digər bir istiqamət olaraq 236,4 min şəxsə peşəyönümü xidmətləri göstərilib.

 

Seçilən
208
3
azertag.az

5Mənbələr