AZ

Zelenski NATO sammitində iştirak edəcək

Niderlandın müdafiə naziri Ruben Brekelmans Ukrayna lideri Volodimir Zelenskinin Haaqada keçiriləcək NATO  sammitində iştirak edəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, onun sözlərini "WNL op Zondag" sitat gətirib. 

Nazir bildirib ki, Şimali Atlantika Alyansı Zelenskinin sammit proqramında “layiqli yer” olmasını təmin etmək üçün çalışır. Eyni zamanda o, görüş çərçivəsində Ukrayna prezidenti ilə Amerika lideri Donald Tramp arasında söhbətin təşkil edilib-edilməyəcəyinə cavab verməkdə çətinlik çəkib. 

Seçilən
44
25
unikal.az

10Mənbələr