AZ

DİN sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmaya başlayıb

Sosial şəbəkələrdə şəhid plakatına hörmətsizlik etdiyi deyilən şəxsin şəhid anası tərəfindən döyülməsi ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır.

“Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir”, -deyə DİN-dən bildirilib.

Seçilən
172
4
ekologiya.az

3Mənbələr