AZ

Əfv edilənlərdən 16-sı əcnəbilərdir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.

 

Senzor.az bildirir ki, əfv edilənlər arasında 16 əcnəbi şəxs də var. Onlardan 5-i İran, 4-ü Rusiya, 2-si Pakistan, 2-si Gürcüstan, 1-i Fransa, 1-i Türkiyə, 1-i Əfqanıstan vətəndaşıdır.

 

Həmin siyahını təqdim edirik:

 

1. Abdolvand Ali Papi, 1971-ci ildə anadan olub, İran vətəndaşı, Astara Rayon Məhkəməsinin 2023-cü il 28 fevral tarixli hökmü ilə məhkum edilib;

 

2.  Agaev Murad, 1985-ci ildə anadan olub, Rusiya vətəndaşı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 29 dekabr tarixli hökmü ilə məhkum edilib;

 

3.  Akmad Kaleem Khan Ahmad, 1967-ci ildə anadan olub, Pakistan vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 31 avqust tarixli hökmü ilə məhkum edilib;

 

4. Behrouzi Bostanabad Mohammadreza Aboulfazl, 1975-ci ildə anadan olub, İran vətəndaşı, Astara Rayon Məhkəməsinin 2022-ci il 22 dekabr tarixli hökmü ilə məhkum edilib;

 

5. Clerc Theo Hugo, 1986-cı ildə anadan olub, Fransa vətəndaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2024-cü il 10 sentyabr tarixli hökmü ilə məhkum edilib;

 

6. Əhmədov Arif Məmməd-Kərim oğlu, 1971-ci ildə anadan olub, Rusiya vətəndaşı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 28 dekabr tarixli hökmü ilə məhkum edilib;

 

7. Əlmudi Əhmədşah Nurullah oğlu, 1995-ci ildə anadan olub, Əfqanıstan vətəndaşı, Yardımlı Rayon Məhkəməsinin 2023-cü il 21 sentyabr tarixli hökmü ilə məhkum edilib;

 

8. Gholizadeh Behnam Rahim, 1989-cu ildə anadan olub, İran vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 15 may tarixli hökmü ilə məhkum edilib;

 

9. Hacıyev Muraz Rafail oğlu, 2000-ci ildə anadan olub, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli hökmü ilə məhkum edilib;

 

10. Hamdanı Behzad Azım, 1985-ci ildə anadan olub, İran vətəndaşı, Astara Rayon Məhkəməsinin 2023-cü il 14 noyabr tarixli hökmü ilə məhkum edilib;

 

11. Xapisov Ali Asadulaeviç, 1994-cü ildə anadan olub, Rusiya vətəndaşı, Astara Rayon Məhkəməsinin 2023-cü il 21 noyabr tarixli hökmü ilə məhkum edilib;

 

12. Rəcəbi Cavad Rəcəb oğlu, 1992-ci ildə anadan olub, İran vətəndaşı, Yardımlı Rayon Məhkəməsinin 2023-cü il 21 sentyabr tarixli hökmü ilə məhkum edilib;

 

13.  Salıaev Nail, 1990-cı ildə anadan olub, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli hökmü ilə məhkum edilib;

 

14. Şah Nəsrət Şahyar Mat, 1988-ci ildə anadan olub, Pakistan vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 29 avqust tarixli hökmü ilə məhkum edilib;

 

15. Uğur Erkan, 1983-cü ildə anadan olub, Türkiyə vətəndaşı, Balakən Rayon Məhkəməsinin 2024-cü il 20 fevral tarixli hökmü ilə məhkum edilib; 

 

16. Məmmədov Raqif Neman oğlu, 1966-cı ildə anadan olub, Rusiya vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 26 dekabr tarixli hökmü ilə məhkum edilib.

 

Seçilən
41
49
senzor.az

10Mənbələr