AZ

Türkiyədə ZƏLZƏLƏ oldu

Türkiyənin Bingöl vilayətində zəlzələ qeydə alınıb.

KONKRET.az xəbər verir ki, ötən gün axşam saatlarında Türkiyənin Bingöl bölgəsinin Kiğı rayonunda yeraltı təkanlar baş verib.

Bu barədə məlumatı Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) yayıb. Bildirilib ki, yeraltı təkanların maqnitudası 3.9 bal, dərinliyi isə 7.02 kilometr olub.

Hadisə nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
13
10
konkret.az

10Mənbələr