AZ

Mükafatı qazandı və rekorda sahib çıxdı

“Atletiko”nun qapıçısı Yan Oblak 2024/25 mövsümündə La Liqanın ən az qol buraxan qapıçısı kimi “Samora” mükafatına layiq görülüb.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Samora” trofeyi İspaniyanın məşhur “Marca” qəzeti tərəfindən təqdim olunur və adını əfsanəvi qolkiper Rikardo Samoradan alıb. Mükafatı qazanmaq üçün qapıçılar İspaniya çempionatında ən azı 28 oyunda (hər oyunda minimum 60 dəqiqə) iştirak etməli və hər matçda buraxılan qolların orta göstəricisi ən aşağı olmalıdır.

Oblak bu mövsüm La Liqada 38 turdan 36-da iştirak edib, cəmi 30 qol buraxıb və 15 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Seçilən
204
50
publika.az

10Mənbələr