Yevlax şəhərinin Havarlı kəndində ümumi sahəsi 54 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları, ona bitişik sahəsi 60 m² olan talvarın atma taxtaları və içərisində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bu barədə Moderator.az-a FHN-dən məlumat verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.