AZ

Günəşin üzərində peyda olan nəhəng "odlu quş"un sirri açıldı

Günəşin fonunda müşahidə edilən nəhəng "odlu quş"a bənzər sirli obyekt barədə alimlər öz fikirlərini bölüşüblər.

Publika.az xəbər verir ki, fövqəladə hadisə ilə bağlı bir neçə fərqli elmi izah təqdim olunub:

Astronom Aleksandr Kiselev bildirib ki, bu görüntü əslində Günəşə çox yaxın keçən, istiliyin təsirindən buxarlanan və ya hissələrə ayrılan bir kometa ola bilər. Belə kometalar "Günəşə toxunanlar" adlanır.

Digər versiyaya görə isə nüvə fizikası üzrə mütəxəssis Yevgeni Anpilogov hesab edir ki, bu nəhəng forma protuberans Günəş maddəsinin maqnit sahəsi ilə kosmosa atılması nəticəsində yaranıb. Onun sözlərinə görə, bu protuberansın məsafəsi 2,5 milyon kilometrə qədər uzanıb və bu, indiyə qədər qeydə alınan ən böyük göstəricidir. Ölçü baxımından obyekt Yer kürəsindən 10 dəfə böyükdür.

Möhtəşəm görüntülər Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası tərəfindən qeydə alınıb və qısa zamanda elm ictimaiyyətində ciddi maraq doğurub.

Alimlərin ilkin təhlilinə görə, bu "quş"un qanad açıqlığı təxminən 150 min kilometr təşkil edir. Obyektin görünüşü isə Günəşin üzərində pərvaz edən canlıya bənzəyir.

Seçilən
184
14
publika.az

10Mənbələr